“Arsenal” klubu baş məşqçisini dəyişməyə hazırlaşır

“Arsenal” klubu baş məşqçisini dəyişməyə hazırlaşır
# 11 sentyabr 2021 14:00 (UTC +04:00)


İngiltərənin “Arsenal” klubunun baş məşqçisi postuna namizədlər müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Mikel Artetanı istefaya göndərməyə hazırlaşan London təmsilçisi iki mütəxəssisin namizədliyini nəzərdən keçirir.

İspaniyalı çalışdırıcını Qrem Potter və ya Tomas Frank əvəzləyəcək. Hər iki məşqçi hazırda İngiltərə klublarında çalışır. Potter “Brayton”a, Frank isə “Brentford”a rəhbərlik edir.

Qeyd edək ki, Premyer Liqanın ilk üç turunda uduzan “Arsenal” sonuncu pillədə qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR