“Atletiko Mineyro” 50 ildən sonra Braziliya çempionu olub

“Atletiko Mineyro” 50 ildən sonra Braziliya çempionu olub
# 03 dekabr 2021 09:17 (UTC +04:00)

Braziliya çempionatında sona 2 tur qalmış çempionun adına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, “Atletiko Mineyro” qızıl medalları təmin edib.

XXXII turda “Bahia” üzərində 3:2 hesablı səfər qələbəsi qazanan “Atletiko Mineyro” sona 2 tur qalmış ən yaxın izləyicisi “Flamenqo” ilə aradakı xal fərqini 9-a yüksəldib. Bununla komanda tarixində ikinci dəfə ölkə çempionu olub. Belu-Orizonti təmsilçisi ilk çempionluğunu 50 il əvvəl – 1971-ci ildə əldə edib.

Qeyd edək ki, “Atletiko Mineyro” 2013-cü ildə Libertadores Kubokunun, 2014-cü ildə isə Braziliya Kubokunun qalibi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR