AVRO-2020: Avstriya 1/8 finala yüksəlib, Niderland darmadağınla qalib gəlib

AVRO-2020:  Avstriya 1/8 finala yüksəlib, Niderland darmadağınla qalib gəlib
# 21 iyun 2021 21:53 (UTC +04:00)

AVRO-2020-nin qrup mərhələsi davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün C qrupunda III turun oyunları keçirilib.

1/8 finala qrup birincisi kimi vəsiqə qazanan Niderland yığması Amsterdamda Şimali Makedoniyanı sınağa çəkib. Qrupda qaldığı rəsmiləşən balkanlılar formal xarakterli görüşdə də rəqibi ilə bacarmayıb. İlk yarıda hesabı açan niderlandlılar fasilədən sonra vurulan qollarla darmadağına nail olub. Frank de Burun yetirmələri ardıcıl 3-cü qələbə ilə qrup mərhələsini maksimum nəticə ilə başa vurub.

Qrupda ikinci yerin taleyinə Buxarestdəki qarşılaşmada aydınlıq gəlib. Hərəyə bir qələbəsi olan Ukrayna və Avstriya görüşüb. Matçın taleyini bir top həll edib. İlk yarıda qələbə qoluna imza atan avstriyalılar 1/8 finala yüksəlibsə, ukraynalılar ən yaxşı üçüncü yer sahibləri arasına düşməyə ümid edir.

Qeyd edək ki, bu gün B qrupunda da son turun matçları keçiriləcək.

AVRO-2020
III tur, 21 iyun
C qrupu
20:00. Ukrayna – Avstriya – 0:1
Qol:
Kristof Baumqartner, 21
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Buxarest. “Nasional” stadionu

20:00. Şimali Makedoniya – Niderland – 0:3
Qollar:
Memfis Depay, 24, Jorjinyo Veynaldum, 51, 58
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Amsterdam. “Yohan Kroyf Arena”

1

Niderland

3

3

0

0

8-2

9

2

Avstriya

3

2

0

1

4-3

6

3

Ukrayna

3

1

0

2

4-5

3

4

Ş.Makedoniya

3

0

0

3

2-8

0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR