AVRO-2020: Azərbaycan Premyer Liqasının məşqçiləri və kapitanlarının proqnozu - SORĞU

AVRO-2020: Azərbaycan Premyer Liqasının məşqçiləri və kapitanlarının proqnozu - SORĞU
# 10 iyun 2021 11:36 (UTC +04:00)

Sabah qitənin 11 şəhərində keçirilən AVRO-2020-yə start veriləcək.

Apasport.az saytı Azərbaycan Premyer Liqasının iştirakçı klublarının baş məşqçiləri və kapitanları arasında sorğu keçirib.

Çalışdırıcılar və komandaların liderləri AVRO-2020-nin finalçıları və çempionu ilə bağlı proqnozlarını açıqlayıblar. Maraqlıdır ki, 8 baş məşqçi çempionluğa layiq bildiyi 6 müxtəlif komandanın adını çəkib. Qurban Qurbanov və Rəşad Sadıqov Türkiyə millisinə olan sevgini ön plana çəkərək, ürəklərinin səsinə qulaq verib. Ramin Quliyevlə Elmar Baxşıyev Almaniyanı Avropa çempionu kimi görür. Digər 4 məşqçi isə 4 müxtəlif yığma adı çəkib. Sorğuda iştirak edən mütəxəssislərin əksəriyyəti Türkiyənin qələbəsini arzulayır. Ancaq Premyer Liqanın qalibi Samir Abasov Ukraynanı dəstəkləyəcəyini bildirib.

Baş məşqçilərdə fikir ayrılığı yaransa da, klubların kapitanları qalib komanda adında həmfikir olublar. Təsadüfi deyil ki, 6 kapitan Fransanı favorit hesab edir. Yalnız Saşa Stamenkoviç və Tərlan Quliyev fərqli düşünür. Serbiyalı qolkiper İspaniyanın Avropa çempionu olacağını proqnozlaşdırırsa, müdafiəçi İtaliyaya üstünlük verir.

BAŞ MƏŞQÇİLƏR
Samir Abasov (“Neftçi”):
İngiltərə - Belçika finalı. Çempion İngiltərə
Qurban Qurbanov (“Qarabağ”): Türkiyə - İtaliya finalı. Çempion Türkiyə
Ayxan Abbasov (“Sumqayıt"): Fransa – Almaniya finalı. Çempion Fransa
Rəşad Sadıqov (“Zirə”): Türkiyə - Fransa finalı. Çempion Türkiyə
Ramin Quliyev (“Sabah”): Almaniya - İngiltərə finalı. Çempion Almaniya
Sənan Qurbanov (“Keşlə”): İtaliya – İngiltərə finalı. Çempion İtaliya
Elmar Baxşıyev (“Qəbələ”): Almaniya - Portuqaliya finalı. Çempion Almaniya
Aftandil Hacıyev (“Səbail”): İspaniya – Fransa finalı. Çempion İspaniya

KAPİTANLAR:
Emin Mahmudov (“Neftçi):
Fransa – İtaliya finalı. Çempion Fransa
Maksim Medvedev (“Qarabağ”): Fransa – İngiltərə finalı. Çempion Fransa
Vurğun Hüseynov (“Sumqayıt”): Fransa - İngiltərə finalı. Çempion Fransa
Ağabala Ramazanov (“Zirə”): Fransa – İspaniya finalı. Çempion Fransa
Saşa Stamenkoviç (“Sabah”): İspaniya – İtaliya finalı. Çempion İspaniya
Tərlan Quliyev (“Keşlə”): İtaliya – Fransa finalı. Çempion İtaliya
Anar Nəzirov (“Qəbələ”): Fransa – İngiltərə finalı. Çempion Fransa
Rahid Əmirquliyev (“Səbail”): Fransa – İngiltərə finalı. Çempion Fransa

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR