AVRO-2020: Bakıda açıq hava teatrı təşkil olunacaq

AVRO-2020:  Bakıda açıq hava teatrı təşkil olunacaq
# 01 iyul 2021 12:53 (UTC +04:00)

AVRO-2020-nin Bakıda keçiriləcək 1/4 final oyununa həsr edilən açıq hava teatrı təşkil olunacaq.

Apasport.az saytının məlumatına görə, tamaşa iyulun 1-də və 2-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında nümayiş etdiriləcək.

Tamaşanın nümayişində məqsəd AVRO-2020 həyəcanını fərqli aspektdən göstərmək və hər kəsdə unudulmaz, xoş təəssürat yaratmaqdır. Tamaşada danimarkalı yazıçı, “böyük nağılbaz” Hans Hristian Andersenin, xüsusilə, azyaşlı oxucular tərəfindən çox sevilən “Düyməcik” və “Qar kraliçasi” əsərlərindən hissələr nümayiş olunacaq.

Personajları səhnədə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyorları canlandıracaq. İyulun 1-də və 2-də saat 21:00-da başlayacaq tədbir saat 23:00-a qədər davam edəcək. Tamaşaya giriş ödənişsiz olacaq.

Qeyd edək ki, iyulun 3-də baş tutacaq 1/4 final oyununda Çexiya və Danimarka üz-üzə gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR