AVRO-2020: Bakıda ilk qol vurulub

AVRO-2020:  Bakıda ilk qol vurulub
# 12 iyun 2021 18:10 (UTC +04:00)

AVRO-2020-nin ikinci oyun günündə ilk qol vurulub.

Apasport.az saytının məlumatına görə, bu, Bakıda keçirilən Uels – İsveçrə görüşündə baş verib.

Qarşılaşmanın 49-cu dəqiqəsində İsveçrə yığmasının hücumçusu Bril Embolo künc nöqtəsindən gələn ötürməni başla dəqiq tamamlayaraq hesabı açıb. Bu isə Avropa çempionatının final mərhələlərində Bakıda vurulan ilk qol kimi tarixə düşüb. Embolo ümumilikdə AVRO-2020-də 4-cü topun müəllifi olub. Çünki dünən baş tutan Türkiyə - İtaliya qarşılaşması 0:3 hesabı ilə nəticələnib.

Qeyd edək ki, bu gün B qrupu çərçivəsində Danimarka Finlandiya ilə, Belçika isə Rusiya ilə qarşılaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR