AVRO-2020: Danimarka – Finlandiya matçı bərpa olunub

AVRO-2020:  Danimarka – Finlandiya matçı bərpa olunub
# 12 iyun 2021 22:40 (UTC +04:00)

AVRO-2020-nin yarımçıq dayandırılan Danimarka – Finlandiya matçı bərpa olunub.

Apasport.az saytının məlumatına görə, Kristian Eriksenin huşunu itirməsi üzündən təxirə salınan matç 42-ci dəqiqədən davam etdirilir.

Bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayan qarşılaşma 22:30-da bərpa olunub. Komandalar üç dəqiqə oynadıqdan sonra qısa fasilə ilə ikinci hissəyə çıxıb.

Qeyd edək ki, artıq təhlükəni adlayan Eriksenin durumu qənaətbəxşdir və müayinələrdən keçməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR