AVRO-2020: Ən gənc və ən yaşlı komandalar bəlli olub

AVRO-2020: Ən gənc və ən yaşlı komandalar bəlli olub
# 03 iyun 2021 09:41 (UTC +04:00)

AVRO-2020-nin ən gənc və ən yaşlı komandaları bəlli olub.

Apasport.az saytının məlumatına görə, turnir üçün yekun iştirak ərizələrinə əsasən 24 komandanın orta yaş həddi müəyyənləşdirilib.

Avropanın 11 şəhərində, o cümlədən Bakıda baş tutacaq yarışın ən gənc komandası Türkiyə millisidir. “Ay-ulduzlular”ın orta yaşı 24,9-dur.

Növbəti iki yeri Böyük Britaniya təmsilçiləri tutur. İkinci sırada İngiltərə, üçüncü pillədə Uels qərarlaşıb.

Ən “qoca” yığma isə İsveçdir. Belçika ikinci, Slovakiya üçüncüdür.

Türkiyə - 24,9
İngiltərə - 25,2
Uels – 25,5
Ukrayna – 26,4
İspaniya – 26,5
İsveçrə - 27,0
Polşa – 27,1
Niderland – 27,2
Şotlandiya – 27,3
Çexiya – 27,4
Almaniya – 27,5
Şimali Makedoniya – 27,6
İtaliya – 27,7
Danimarka – 27,7
Avstriya – 27,8
Fransa – 27,8
Xorvatiya – 27,8
Portuqaliya – 27,9
Rusiya – 27,9
Macarıstan – 28,0
Finlandiya – 28,1
Slovakiya – 28,2
Belçika – 29,1
İsveç – 29,2

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR