AVRO-2020: Final görüşü keçiriləcək

AVRO-2020:  Final görüşü keçiriləcək
# 11 iyul 2021 00:34 (UTC +04:00)

AVRO-2020-yə yekun vurulacaq.

Apasport.az saytının məlumatına görə, iyunun 11-də start götürən və Bakı da daxil olmaqla, 11 müxtəlif şəhərdə təşkil olunan qitə birinciliyində bu gün final oyunu keçiriləcək.

Həlledici qarşılaşma yarımfinalların da məkanı olan Londonda baş tutacaq. Doğma arenasında qonaq qismində meydana çıxacaq İngiltərə millisi İtaliya ilə qarşılaşacaq. Yarımfinal səddini çətinliklə keçən komandaların duelində 16-cı Avropa çempionu müəyyənləşəcək.

“Dumanlı Albion” təmsilçisi tarixində ilk dəfə final görüşünə çıxacaqsa, “Skuadra Adzurra” 4-cü finalında 2-ci zəfərini qazanmağa çalışacaq. İlk və yeganə Avropa çempionluğunu 1968-ci ildə əldə edən italyanlar 2000 və 2012-ci illərdə həlledici görüşlərdə yenilib. İtaliya millisi 53 illik həsrətə İngiltərədə yerli komandaya qarşı görüşdə son qoymağa çalışacaq.

AVRO-2020
Final
23:00. İtaliya – İngiltərə
Baş hakim:
Byörn Kuypers (Niderland)
London. “Uembli” stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR