AVRO-2020: Həyat yoldaşı Kristian Eriksenin yanına buraxılmayıb

AVRO-2020:  Həyat yoldaşı Kristian Eriksenin yanına buraxılmayıb
# 12 iyun 2021 21:36 (UTC +04:00)

Danimarka millisinin futbolçusu Kristian Eriksenin huşunu itirməsindən sonra həyat yoldaşı meydana daxil olub.

Apasport.az saytının məlumatına görə, Danimarka millisinin futbolçuları xanımı ağır vəziyyətdə olan yarımmüdafiəçinin yanına buraxmayıb.

Müdafiəçi Simon Kyer və qapıçı Kasper Şmeyhel onu sakitləşdirməyə çalışıb. Həmin an qadın göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, AVRO-2020-nin I turunun B qrupundakı Danimarka – Finlandiya görüşü ilk yarının sonlarında dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR