AVRO-2020: İlk yarımfinal cütü bəlli olub

AVRO-2020:  İlk yarımfinal cütü bəlli olub
# 03 iyul 2021 00:57 (UTC +04:00)

AVRO-2020-nin ilk yarımfinal cütlüyü müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, buna 1/4 final mərhələsinin bu gün keçirilən iki oyunu ilə aydınlıq gəlib.

İspaniya İsveçrəni, İtaliya isə Belçikanı məğlub edərək, turnirdə yoluna davam edib. Qalib komandalar finala vəsiqə uğrunda görüşdə üz-üzə gələcəklər. Həmin duel iyulun 6-da Londondakı “Uembli” stadionunda keçiriləcək.

İtaliya – İspaniya qarşılaşmasının start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.

AVRO-2020
Yarımfinal
6 iyul
23:00. İtaliya – İspaniya

London. “Uembli” stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR