AVRO-2020: İngiltərə finalda İtaliyaya rəqib olub

AVRO-2020:  İngiltərə finalda İtaliyaya rəqib olub
# 08 iyul 2021 01:37 (UTC +04:00)

AVRO-2020-də final matçında üz-üzə gələcək cütlük müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bir gün öncə finala çıxan İtaliyanın rəqibi İngiltərə - Danimarka oyununda bəlli olub.

Əlavə vaxtda 2:1 hesabı ilə qalib gələn böyük britaniyalılar həlledici matça yüksəlib. İngiltərə millisi ilə İtaliya arasında qarşılaşma iyulun 11-də baş tutacaq.

Oyun Londondakı “Uembli” stadionunda təşkil olunacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

AVRO-2020
Final
11 iyul
23:00. İtaliya – İngiltərə

London. “Uembli” stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR