AVRO-2020: İsveç ilk qolla ilk qələbəsini qazanıb

AVRO-2020:  İsveç ilk qolla ilk qələbəsini qazanıb
# 18 iyun 2021 18:51 (UTC +04:00)

AVRO-2020-nin qrup mərhələsi davam edir.

Apasport.az saytının məlumatına görə, qitə çempionatının 8-ci oyun gününə start verilib.

E qrupunda II turun ilk matçı Sankt-Peterburqda keçirilib. İlk görüşündə İspaniya ilə qolsuz heç-heçə edən İsveç yığması Slovakiyanı sınağa çəkib.

I turda Polşa üzərində gözlənilməz qələbə qazanan slovakiyalılar bu matça qələbə qazanaraq 1/8 finala yüksəlmək arzusu ilə çıxıb. Ştefan Tarkoviçin yetirmələri topa daha çox nəzarət etsə də, skandinaviyalıların azsaylı hücumları daha yaddaqalan olub. Yanne Andersonun komandası 77-ci dəqiqədə hesabı açıb. Emil Forsberq isveçlilərin AVRO-2020-dəki ilk qoluna imza ataraq komandasına qələbə qazandırıb.

Qeyd edək ki, tura iyunun 19-da yekun vurulacaq. Turun ilk iki günündə İtaliya, Belçika və Niderland 1/8 finala vəsiqə qazanıb.

AVRO-2020
II tur, 18 iyun
E qrupu
17:00. İsveç - Slovakiya - 1:0
Qol:
Emil Forsberq, 77 (pen.)
Baş hakim: Daniel Zibert (Almaniya)
“Sankt-Peterburq” stadionu

1

İsveç

2

1

1

0

1-0

4

2

Slovakiya

2

1

0

1

2-2

3

3

İspaniya

1

0

1

0

0-0

1

4

Polşa

1

0

0

1

1-2

0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR