AVRO-2020: Joao Kanselo koronavirusa yoluxduğu üçün iştirak ərizəsindən çıxarılıb

<span class="red_color">AVRO-2020: Joao Kanselo koronavirusa yoluxduğu üçün iştirak ərizəsindən çıxarılıb
# 14 iyun 2021 11:28 (UTC +04:00)

Portuqaliya millisi ciddi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, müdafiəçi Joao Kanselo AVRO-2020-nin iştirak ərizəsindən çıxarılıb.

Buna səbəb ulduz futbolçunun koronavirusa yoluxmasıdır. Testi pozitiv çıxan “Mançester Siti”nin cinah oyunçusu dərhal karantinə alınıb. Portuqaliya millisində isə onun əvəzinə ötən mövsümü icarə əsasında “Milan”da keçirən “Mançester Yunayted”in müdafiəçisi Dioqo Dalot dəvət alıb.

Qeyd edək ki, AVRO-2020-nin F qrupunda yer alan Portuqaliya yığması ilk oyununu sabah Macarıstana qarşı keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR