AVRO-2020: Kristian Eriksen artıq danışa bilir

<span class="red_color">AVRO-2020: Kristian Eriksen artıq danışa bilir
# 12 iyun 2021 22:17 (UTC +04:00)

AVRO-2020-nin Danimarka – Finlandiya oyununda ürək dayanması səbəbindən huşunu itirən Kristian Eriksen tamamilə özünə gəlib.

Apasport.az saytının məlumatına görə, bunu yarımmüdafiəçinin meneceri Marten Şuts açıqlayıb.

O, sosial şəbəkədəki paylaşımında futbolçunun özünə gəldiyini bildirib: “Kristian artıq danışa bilir. Atası və həyat yoldaşı da yanındadır”.

Qeyd edək ki, Eriksen ilk yarının sonlarında yerə yıxıldığı üçün oyun dayandrılıb və bu gün 22:30-da davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR