AVRO-2020: Kriştiano Ronaldo simvolik komandaya düşməyib

AVRO-2020:  Kriştiano Ronaldo simvolik komandaya düşməyib
# 13 iyul 2021 15:00 (UTC +04:00)

UEFA AVRO-2020-nin simvolik komandasını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, rəmzi “11-lik”də çempion İtaliya 5, finalçı İngiltərə yığması isə 3 futbolçu ilə təmsil olunub.

Bundan başqa, Danimarka, İspaniya və Belçikanın 1 oyunçusu heyətdə özünə yer tapa bilib.

5 qolla turnirin bombardiri olan Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo simvolik komandaya düşməyib. Canluici Donnarumma (İtaliya) isə çempionatın ən yaxşı futbolçusu seçilib.

Qapıçı: Canluici Donnarumma (İtaliya);
Müdafiəçilər: Kayl Uolker, Harri Maquayr (hər ikisi İngiltərə), Leonardo Bonuççi, Leonardo Spinatsola (hər ikisi İtaliya);
Yarımmüdafiəçilər: Pyerr-Emil Hoybyerq (Danimarka), Jorjinyo (İtaliya), Pedri (İspaniya);
Hücumçular: Federiko Kyeza (İtaliya), Romelu Lukaku (Belçika), Rahim Sterlinq (İngiltərə).

Qeyd edək ki, AVRO-2020-nin finalında İtaliya yığması penaltilər seriyası ilə İngiltərəni məğlub edərək, qitə çempionu olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR