AVRO-2020: Lorenso Pelleqrini İtaliya millisinin heyətindən çıxarılır

AVRO-2020: Lorenso Pelleqrini İtaliya millisinin heyətindən çıxarılır
# 10 iyun 2021 14:06 (UTC +04:00)

İtaliya millisinin AVRO-2020 üçün iştirak ərizəsində dəyişiklik edilə bilər.

Apasport.az saytının məlumatına görə, bununla bağlı UEFA-ya rəsmi müraciət göndərilib.

İtaliyalılar məşqdə zədələnən yarımmüdafiəçi Lorenso Pelleqrininin heyətdən çıxarılmasını xahiş edib. UEFA dəyişikliyə icazə versə, onu Qaetano Kastrovilli əvəzləyəcək.

Qeyd edək ki, İtaliya millisi sabah baş tutacaq açılış matçında Türkiyə ilə qarşılaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR