AVRO-2020: Niderland 1/8 finala vəsiqəni və qrup birinciliyini rəsmiləşdirib

AVRO-2020:  Niderland 1/8 finala vəsiqəni və qrup birinciliyini rəsmiləşdirib
# 18 iyun 2021 00:51 (UTC +04:00)

AVRO-2020-də qrup mərhələsinin II turunda daha üç oyun keçirilib.

Apasport.az saytının məlumatına görə, B qrupunda tura yekun vurulubsa, C qrupunda hər iki matç baş tutub.

Belçika favoriti olduğu B qrupunda Danimarka ilə görüşüb. Kopenhagendəki matçda hesabı meydan sahibləri açsa da, Roberto Martinesin yetirmələri əzmkar qələbə qazanaraq 1/8 finala vəsiqəni təmin edib.

C qrupunda öncə autsayderlər, ardınca liderlər meydana çıxıb. Ukrayna millisi Şimali Makedoniya üzərində qələbə ilə ilk xallarını qazanıb.

Niderland isə Avstriya ilə görüşüb. Qələbə qazanan “narıncılar” nəinki 1/8 finala yüksəlib, həm də qrup birinciliyini təmin edib. Onlar 1-ci yeri dəqiqləşən ilk komanda olub.

Bu, Frank de Burun yetirmələrini Bakıya bir addım yaxınlaşdırıb. Niderland 1/8 finalda qarşılaşacağı qrup üçüncüsü olacaq rəqibini yensə, 1/4 final matçını Bakı Olimpiya Stadionunda keçiriləcək.

Qeyd edək ki, iyunun 16-da start götürən II tur ayın 19-da başa çatacaq.

AVRO-2020
II tur, 17 iyun

B qrupu
20:00. Danimarka – Belçika - 1:2
Qollar:
Yussuf Poulsen, 2 - Torqan Azar, 55, Kevin de Breyne, 71
Baş hakim: Byorn Kuypers (Niderland)
Kopenhagen. “Parken” stadionu

1

Belçika

2

2

0

0

5-1

6

2

Rusiya

2

1

0

1

1-3

3

3

Finlandiya

2

1

0

1

1-1

3

4

Danimarka

2

0

0

2

1-3

0

C qrupu
17:00. Ukrayna – Şimali Makedoniya - 2:1
Qollar:
Andrey Yarmolenko, 29, Roman Yaremçuk, 34 - Ezgjan Alioski, 57
Baş hakim: Fernando Andres Rapallini (Argentina)
Buxarest. “Nasional” stadionu

C qrupu
23:00. Niderland – Avstriya – 2:0
Qollar:
Memfis Depay, 10 (pen.), Benzel Dumfris, 67
Baş hakim: Orel Qrinfeld (İsrail)
Amsterdam. “Yohan Kroyf Arena”

1

Niderland

2

2

0

0

5-2

6

2

Ukrayna

2

1

0

1

4-4

3

3

Avstriya

2

1

0

1

3-3

3

4

Ş.Makedoniya

2

0

0

2

2-5

0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR