AVRO-2020: Ölümdən qayıdan futbolçu Danimarka – Finlandiya oyununun ən yaxşısı seçilib

AVRO-2020:  Ölümdən qayıdan futbolçu Danimarka – Finlandiya oyununun ən yaxşısı seçilib
# 13 iyun 2021 00:35 (UTC +04:00)

AVRO-2020-nin I turunun Danimarka – Finlandiya oyununun ən yaxşısı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Kristian Eriksen qarşılaşmanın oyunçusu seçilib.

O, Finlandiyanın 1:0 hesabı ilə qalib gəldiyi görüşün 42-ci dəqiqəsində huşunu itirərək yerə yıxılıb. Bu üzdən matç təxminən 2 saatlıq təxirə düşüb. Ölümdən qayıdan futbolçu matçın ən yaxşısı adına layiq görülüb.

Qeyd edək ki, hazırda xəstəxanada olan Kristianın durumu qənaətbəxşdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR