AVRO-2020: Portuqaliya Almaniya ilə oyunu öncəsi itki ilə üzləşib

AVRO-2020:  Portuqaliya Almaniya ilə oyunu öncəsi itki ilə üzləşib
# 19 iyun 2021 17:31 (UTC +04:00)

Portuqaliya millisi AVRO-2020-nin bu gün keçiriləcək Almaniya ilə oyunu öncəsi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Joau Feliş yığmasına kömək edə bilməyəcək.

Buna səbəb hücumçunun sol ayağında ağrılar hiss etməsidir. Yığmanın həkimləri məşq zamanı özünü narahat edən forvardı qorumağı məsləhət bilib. Onun adı matçın protokolundan kənarda qalacaq.

Qeyd edək ki, Portuqaliya – Almaniya görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR