AVRO-2020: Portuqaliya titulunu itirib

AVRO-2020:  Portuqaliya titulunu itirib
# 28 iyun 2021 00:54 (UTC +04:00)

AVRO-2020-nin 1/8 final mərhələsinin ikinci oyun gününə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, günün son matçı Sevilyada baş tutub.

Son Avropa çempionu Portuqaliya Belçika ilə üz-üzə gəlib. Gərgin keçən qarşılaşmanın taleyini bir qol həll edib. İlk yarıda fərqlənən Torqan Azarın qolu Belçikanı 1/4 finala daşıyıb.

Lakin komandanın lideri Kevin de Breyne ilk yarıda aldığı zədədən sonra oyunu davam etdirsə də, ikinci hissənin əvvəlində əvəzlənib. Son çempion Portuqaliya isə titulu ilə vidalaşıb.

Qeyd edək ki, bunadək Danimarka, İtaliya və Çexiya yığmaları 1/4 finala yüksəlib.

AVRO-2020
1/8 final
27 iyun
23:00. Belçika – Portuqaliya - 1:0
Qol:
Torqan Azar, 42
Baş hakim: Feliks Brix (Almaniya)
Sevilya. “Kartuya” stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR