AVRO-2020: Qol sayında rekord qeydə alınıb

AVRO-2020:  Qol sayında rekord qeydə alınıb
# 29 iyun 2021 09:36 (UTC +04:00)

Avropa çempionatlarında qol sayında rekord qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, AVRO-2020-də artıq 118 qol vurulub.

Bu, AVRO-2016-dakı göstəricidən 10 top çoxdur. Qarşıda hələ 9 oyunu qalan turnirdəki rekordun daha da yüksələcəyi qaçılmazdır.

Bu, rekord 1/8 finalın üçüncü oyun günündən sonra rəsmiləşib. İspaniya – Xorvatiya (5:3) və Fransa – İsveçrə (3:3) görüşlərində 14 top vurulub.

AVRO-2020-dəki orta məhsuldarlıq da hələlik ən yüksək göstəricidir. Hər oyunda 2,81 top vurulub. Əvvəlki rekord AVRO-2000-də qeydə alınıb – 2,74.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR