AVRO-2020: Rusiyalı futbolçu koronavirus səbəbindən heyətdən çıxarılıb

AVRO-2020:  Rusiyalı futbolçu koronavirus səbəbindən heyətdən çıxarılıb
# 11 iyun 2021 13:29 (UTC +04:00)

AVRO-2020-nin daha bir iştirakçısının sifariş vərəqində dəyişiklik edilib.

Apasport.az saytının məlumatına görə, bunu Rusiya yığmasının mətbuat xidməti açıqlayıb.

“Zenit”in futbolçusu Andrey Mostovoy millinin heyətindən çıxarılıb. Buna səbəb yarımmüdafiəçinin koronavirusa yoluxmasıdır. Onun təkrar testi də müsbət nəticə verdiyindən adı iştirak ərizəsindən çıxarılıb. Heyətə müdafiəçi Roman Yevgenyev daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR