AVRO-2020: Türkiyə millisi Bakıya gəlib - FOTO

AVRO-2020:  Türkiyə millisi Bakıya gəlib - FOTO
# 12 iyun 2021 19:02 (UTC +04:00)

Futbol üzrə Türkiyə millisi Bakıya gəlib.

Apasport.az saytının məlumatına görə, AVRO-2020-də mübarizə aparan qardaş ölkə təmsilçisi az əvvəl paytaxtımıza çatıb.

A qrupunda mübarizə aparan “ay-ulduzlular” Romada İtaliyaya 0:3 hesabı ilə uduzduqdan sonra Azərbaycana səfər edib. Bakı vaxtı ilə 14:00-da Romadan çıxan Şenol Günəşin komandası təxminən 5 saatlıq uçuşdan sonra ölkəmizə çatıb. Qrupdakı son iki görüşünə Bakıda hazırlaşacaq qonşu ölkə təmsilçisinin futbolçu və məşqçi heyəti ilə yanaşı TFF rəsmiləri də Azərbaycana gəliblər.

Qeyd edək ki, Türkiyə millisi iyunun 16-da Uelslə, 20-də isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR