AVRO-2020: Türkiyə millisi Bakıya gəlir

AVRO-2020:  Türkiyə millisi Bakıya gəlir
# 12 iyun 2021 11:04 (UTC +04:00)

AVRO-2020-nin qrup mərhələsindəki ilk oyununu İtaliyaya qarşı keçirən Türkiyə millisi Bakıya yollanmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, qardaş ölkə təmsilçisi bu gün paytaxtımıza yollanacaq.

“Ay-ulduzlular”ı gətirəcək təyyarə Bakı vaxtı ilə 14:00-da Romadan səmaya qalxacaq. Komandanın saat 18:45-də paytaxtımızda olması gözlənilir. Şenol Günəşin yetirmələri A qrupundakı son iki görüşünə məhz paytaxtımızda hazırlaşacaq.

Qeyd edək ki, Türkiyə millisi iyunun 16-da Uelslə, 20-də isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR