AVRO-2020: Türkiyəli azarkeşlər İtaliyaya buraxılmayacaq

AVRO-2020: Türkiyəli azarkeşlər İtaliyaya buraxılmayacaq
# 08 iyun 2021 16:53 (UTC +04:00)

AVRO-2020-nin İtaliya ilə Türkiyə arasında keçiriləcək açılış oyunu öncəsi ciddi problem yaşanıb.

Apasport.az saytının məlumatına görə, iyunun 11-də Romada baş tutacaq qarşılaşmanı türkiyəli azarkeşlər izləyə bilməyəcək.

Buna səbəb İtaliya hökumətinin verdiyi yeni qərardır. Həmin qərara əsasən yalnız şengen bölgəsi ölkələrinin vətəndaşları İtaliyaya buraxıla bilər. Türkiyə şengen bölgəsi ölkəsi olmadığından, “ay-ulduzlular”ın fanatları sevimli komandanı tribunadan dəstəkləyə bilməyəcək. Halbuki türkiyəli azarkeşlər Romadakı görüşə bilet alıblar.

Qeyd edək ki, Türkiyə - İtaliya oyununu qəbul edəcək Roma Olimpiya Stadionunun 25 faizinə tamaşaçı buraxılacaq ki, bu da 18 min 175 nəfər deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR