AVRO-2020: Üç vəsiqə sahibini gözləyir

<span class="red_color">AVRO-2020: Üç vəsiqə sahibini gözləyir
# 21 iyun 2021 00:31 (UTC +04:00)

AVRO-2020-nin qrup mərhələsi davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün daha iki qrupda mübarizəyə yekun vurulacaq.

B və C qruplarında qüvvəsini sınayan komandalar III turun matçlarına çıxacaq. Hər iki qrupda 1/8 finala ikinci vəsiqənin sahibi bəlli olacaq, həmçinin A, B və C qruplarından birinin üçüncüsü növbəti mərhələyə yüksələcək.

Öncə C qrupunun matçları baş tutacaq. Qrup qalibi adını təmin edən Niderland 1/8 final şansını itirən Şimali Makedoniyanı sınağa çəkəcək. İkinci yer uğrunda mübarizədə Ukrayna ilə Avstriya üz-üzə gələcək.

Günə B qrupunun matçları ilə yekun vurulacaq. 1/8 finala vəsiqəni təmin edən Belçika 1-ci yeri qorumaq üçün Finlandiya ilə qarşılaşmada uduzmamalıdır. Finlandiya kimi Rusiya da qrupda qalmamaq üçün son oyun günündən uğurlu nəticə ilə ayrılmalıdır. Xalı olmayan Danimarka isə mütləq qələbə qazanmalı və digər oyunun nəticəsinə ümid etməlidir.

Qeyd edək ki, İtaliya və Uels A, Belçika B, Niderland C qrupundan 1/8 finala yüksəlib. 

AVRO-2020
III tur, 21 iyun
C qrupu
20:00. Ukrayna - Avstriya
Baş hakim:
Cüneyt Çakır (Türkiyə) 
Buxarest. “Nasional” stadionu

20:00. Şimali Makedoniya - Niderland
Baş hakim:
İştvan Kovaç (Rumıniya)
Amsterdam. “Yohan Kroyf Arena”

1

Niderland

2

2

0

0

5-2

6

2

Ukrayna

2

1

0

1

4-4

3

3

Avstriya

2

1

0

1

3-3

3

4

Ş.Makedoniya

2

0

0

2

2-5

0

B qrupu
23:00. Rusiya - Danimarka
Baş hakim: Klemen Turpin (Fransa) 
Kopenhagen. “Parken” stadionu

23:00. Finlandiya - Belçika
Baş hakim: Feliks Brix (Almaniya)
“Sankt-Peterburq” stadionu

1

Belçika

2

2

0

0

5-1

6

2

Rusiya

2

1

0

1

1-3

3

3

Finlandiya

2

1

0

1

1-1

3

4

Danimarka

2

0

0

2

1-3

0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR