AVRO-2020: Ukrayna 1/4 finala yüksəlib

AVRO-2020:  Ukrayna 1/4 finala yüksəlib
# 30 iyun 2021 01:34 (UTC +04:00)

AVRO-2020-də 1/8 final mərhələsi başa çatıb.

Apasport.az saytının məlumatına görə, mərhələnin son oyunu Şotlandiyada baş tutub.

Qlazqoda keçirilən görüşdə İsveçlə Ukrayna qarşılaşıb. Oyunda hesabı Aleksandr Zinçenko açıb.

Lakin ukraynalıların sevinci uzun sürməyib. Son üç matçda 4-cü qolunu vuran Emil Forsberq hesabda tarazlıq yaradıb.

Görüşün ikinci yarısı qolsuz başa çatıb. 1/4 finala vəsiqənin taleyi əlavə vaxtda həll olunub. Zədələrlə zəngin dəqiqələrdə qırmızı vərəqə üzündən say üstünlüyü qazanan Ukrayna millisi 120+1-ci dəqiqədəki qolla qələbə qazanıb. Bu, Andrey Şevçenkonun yetirmələrini 1/4 finala daşıyıb.

Qeyd edək ki, bunadək İtaliya, İsveçrə, Belçika, Danimarka, İngiltərə, Çexiya və İspaniya yığmaları 1/8 final səddini adlayıb.

AVRO-2020
1/8 final
29 iyun
23:00. İsveç – Ukrayna – 1:2, əlavə vaxtda
Qollar:
Emil Forsberq, 43 – Aleksandr Zinçenko, 27, Artyom Dovbik, 120+1
Baş hakim: Daniel Orsato (İtaliya)
Qlazqo. “Hampden Park” stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR