Avropa çempionatları tarixində final mərhələlərinin ikinci ən erkən qolu vurulub

Avropa çempionatları tarixində final mərhələlərinin ikinci ən erkən qolu vurulub
# 17 iyun 2021 21:26 (UTC +04:00)

AVRO-2020-nin Belçika ilə oyununda hesabı açan danimarkalı Yussuf Poulsen 99-cu saniyədə fərqlənib.

Apasport.az saytının məlumatına görə, B qrupunun II turunun matçındakı bu top Avropa çempionatları tarixində final mərhələlərinin ikinci ən erkən qoldur.

27 yaşlı hücumçu yalnız rusiyalı Dmitri Kiriçenkodan geri qalır. Rusiyalı AVRO-200-ün Yunanıstanla qarşılaşmasının 65-ci saniyəsində fərqlənib.

Qeyd edək ki, Danimarka Belçika ilə matçın ilk 45 dəqiqəsindən sonra 1:0 hesabı ilə öndədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR