Avropa Liqası: "Neftçi" səfərdə HİK-lə oynayacaq

Avropa Liqası: "Neftçi" səfərdə HİK-lə oynayacaq
# 12 avqust 2021 00:00 (UTC +04:00)

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Apasport.az saytının məlumatına görə, pley-offun iştirakçıları bu matçlardan sonra bəlli olacaq.

Azərbaycan çempionu “Neftçi” səfərdə HİK-lə qarşılaşacaq. Finlandiyada keçiriləcək görüş Samir Abasovun yetirmələrinin yoluna hansı turnirdə davam edəcəyinə aydınlıq gətirəcək.

Bakıda 2:2 hesablı heç-heçə edən təmsilçimiz Avropa Liqasında qalmaq üçün qalib gəlməlidir. Heyətində itkilər də olan “ağ-qaralar” bunu ən pis halda penaltilər seriyasında gerçəkləşdirməlidir. Məğlubiyyət “Neftçi”ni Konfrans Liqasının pley-offuna daşıyacaq.

Qeyd edək ki, bu cütün qalibi Avropa Liqasının pley-offunda Türkiyə “Fənərbaxça”sı ilə görüşəcək. Məğlub komanda isə Konfrans Liqasının III təsnifat mərhələsinin “Makkabi” (Hayfa, İsrail) – HB (Farer adaları) cütünün qalibi ilə üz-üzə gələcək.

Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunu
12 avqust
20:00. HİK (Finlandiya) – “Neftçi” (Azərbaycan)
Baş hakim:
Dəniz Aytekin (Almaniya)
Helsinki Futbol Stadionu
İlk oyun – 2:2

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR