Avropa Liqasında mövsümünün ən yaxşı futbolçusu bəlli olub

Avropa Liqasında mövsümünün ən yaxşı futbolçusu bəlli olub
# 27 avqust 2021 14:09 (UTC +04:00)

Avropa Liqasında 2020/21 mövsümünün ən yaxşı futbolçusu açıqlanıb.

Apasport.az saytının məlumatına görə, mükafatın sahibi 2021/22 mövsümünün qrup mərhələsinin püşkatması zamanı elan edilib.

Bu ada Xerard Moreno (İspaniya, “Vilyarreal”) layiq görülüb. O, Edinson Kavani (Uruqvay, “Mançester Yunayted”) və Bruno Fernandesi (Portuqaliya, “Mançester Yunayted”) qabaqlayıb.

Qeyd edək ki, bir gün əvvəl ötən mövsümün Avropada ən yaxşı oyunçusu açıqlanıb. Bu ada İtaliya millisi və “Çelsi”nin yarımmüdafiəçisi Jorjinyo yiyələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR