Avropanın top komandalarının reytinq siyahısında “Neftçi” irəliləyib, “Qarabağ” geriləyib

Avropanın top komandalarının reytinq siyahısında “Neftçi” irəliləyib, “Qarabağ” geriləyib
# 21 may 2021 11:20 (UTC +04:00)

Avropanın top komandalarının reytinq siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvəldə qitənin 449 klubu yer alıb.

Siyahıya Azərbaycanın üç təmsilçisi daxil edilib. Ölkəmizin ən yaxşısı “Qarabağ”dır.

Premyer Liqanın son turunda “Neftçi”yə uduzmaqla çempionluq şansını əldən verən Qurban Qurbanovun yetirmələri 108-ci yerdədir. Ağdamlıların aktivində 174 xal var. 8 qat ölkə çempionu 28 xal itkisi ilə 10 pillə geriləyib.

Qızıl medalları son dəqiqə qolu ilə qazanan “Neftçi” isə sıçrayışa nail olub. Bakılılar hazırda 24 xalla 268-cidir. Samir Abasovun yetirmələri 10 xal artımı sayəsində 66 pillə irəliləyib.

20 xala malik “Qəbələ” isə Avropada 291-cidir. 14 xal itirən Elmar Baxşıyevin çalışdırdığı komanda 32 pilləlik eniş yaşayıb.

Qeyd edək ki, cədvələ “Real” başçılıq edir. İspaniya nəhənginin 2523 xal var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR