Azərbaycan klubu almaniyalı futbolçunu transfer edib

Azərbaycan klubu almaniyalı futbolçunu transfer edib
# 22 sentyabr 2021 14:42 (UTC +04:00)


Birinci divizion klubu “Qaradağ Lökbatan” Almaniyadan futbolçu transfer edib.

Apasport.az saytının məlumatına görə, Bakı klubu Fabian Zittlaunu heyətinə qatıb.

31 yaşlı sol cinah müdafiəçisi 2021/22 mövsümü üçün sifariş ərizəsinə də salınıb. Paytaxt təmsilçisində 7 nömrəli formanı geyinəcək Zittlau artıq bu gün I divizionun II turunda “Kəpəz”ə qarşı ev oyununda debüt edə bilər.

“Hanza”nın yetirməsi olan almaniyalı karyerası boyu əsasən ölkəsində həvəskar səviyyəli komandalarda iştirak edib. Yalnız 2016-2019-cu illərdə Sloveniyada “İnterblok” klubunun heyətində legioner həyatı yaşayan Fabian son olaraq Almaniyanın VI liqa komandası “Borussiya Lindental-Hohenlind”in şərəfini qoruyub.

Həvəskar komandadan ötən ilin yanvarında ayrılan Zittlau “Qaradağ Lökbatan”a keçənə qədər 21 ay klubsuz qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR