Azərbaycan millisi 200-cü qolu vurub

Azərbaycan millisi 200-cü qolu vurub
# 01 sentyabr 2021 23:56 (UTC +04:00)


Azərbaycan millisi tarixində 200-cü qolu vurub.

Apasport.az saytının məlumatına görə, bu DÇ-2022-nin seçmə mərhələsinin Lüksemburqla səfər matçına təsadüf edib.

1992-ci ildə yaranan yığmanın 200-cü qolu tarixinin 270-ci qarşılaşmasına təsadüf edib. Tarixi qola Emin Mahmudov imza atıb.

Qeyd edək ki, millinin ilk qolunu Nazim Süleymanov vurub. O, 1992-ci il sentyabrın 17-də Gürcüstanla səfər görüşündə (3:6) fərqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR