Azərbaycan millisi Antalyaya yollanıb

Azərbaycan millisi Antalyaya yollanıb
# 25 may 2021 16:38 (UTC +04:00)

Azərbaycan millisi Türkiyə ilə yoldaşlıq görüşü üçün qardaş ölkəyə yollanıb.

Apasport.az saytının məlumatına görə, Canni de Byazinin yetirmələri qarşıdakı matçın hazırlığını bu gündən Antalyada davam etdirəcək.

30 futbolçunun yer aldığı kollektivi Türkiyə Futbol Federasiyasının nümayəndələri Antalya Hava Limanında qarşılayaraq məskunlaşacağı otelə aparıb.

Qeyd edək ki, Türkiyə - Azərbaycan oyunu mayın 27-də Alanyada keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR