Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində son oyununu keçirəcək

Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində son oyununu keçirəcək
# 11 noyabr 2021 00:46 (UTC +04:00)

Bu gün Azərbaycan millisi növbəti oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, yığmamız DÇ-2022-nin seçmə mərhələsində son sınağına çıxacaq.

A qrupunda yer alan Canni de Byazinin yetirmələri IX turun ilk günündə Lüksemburqla qarşılaşacaq. Görüş Bakı Olimpiya Stadionunda baş tutacaq.

Bu matç milli üçün formal xarakter daşıyır. Komandamızın A qrupunda sonuncu yeri tutacağı rəsmiləşib.

Qeyd edək ki, qrupun Bakı vaxtı saat 23:45-də başlayacaq matçında İrlandiya Portuqaliyanı qəbul edəcək.

DÇ-2022-nin seçmə mərhələsi
A qrupu, IX tur
11 noyabr
21:00. Azərbaycan – Lüksemburq
Baş hakim:
Manuel Şuttenqruber (Avstriya)
Bakı Olimpiya Stadionu

1

Serbiya

7

5

2

0

16-8

17

2

Portuqaliya

6

5

1

0

16-4

16

3

Lüksemburq

6

2

0

4

5-14

6

4

İrlandiya

6

1

2

3

8-8

5

5

Azərbaycan

7

0

1

6

4-15

1

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR