Azərbaycan millisi FİFA reytinqində geriləyib

Azərbaycan millisi FİFA reytinqində geriləyib
# 12 avqust 2021 11:54 (UTC +04:00)

Milli komandaların FİFA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvəldə bir sıra dəyişikliklər olub.

Bu, Azərbaycan millisindən də yan ötməyib. Yığmamız 1166 xalla dünyanın 112-cisidir.

Komandamız sonuncu dəfə mayda açıqlanan reytinqlə müqayisədə 2 pillə geriləyib. Komandamız Namibiya, Syerra-Leone və Estoniyadan geri düşsə də, Tailandı arxada qoyub.

Qeyd edək ki, Belçika (1822) 1-ci pillədə qalıb, Braziliya (1798) Fransanı (1762) keçərək 2-ci yerə yüksəlib. Qardaş Türkiyə yığması 10 pillə geriləyərək 1464 xalla 39-cu sırada qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR