Azərbaycan millisi Gürcüstana uduzub

Azərbaycan millisi Gürcüstana uduzub
# 05 iyun 2021 21:12 (UTC +04:00)

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Gürcüstanın paytaxtı Tbilisidəki təlim-məşq toplanışını davam etdirir.

Apasport.az saytının məlumatına görə, yığmamız hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.

Millimiz Gürcüstanın U-17 komandası ilə görüşüb. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:1.

Qeyd edək ki, komandalar arasında ikinci oyun iyunun 8-də baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR