Azərbaycan millisi səfərdə Moldova ilə qarşılaşacaq

Azərbaycan millisi səfərdə Moldova ilə qarşılaşacaq
# 06 iyun 2021 00:13 (UTC +04:00)

Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, yığmamız ötən ay başlanan təlim-məşq toplanışı çərçivəsində sonuncu sınağına çıxacaq.

Canni de Byazinin yetirmələri Moldovada meydan sahibləri ilə üz-üzə gələcək. Kişinyovdakı qarşılaşma italiyalı məşqçilərin dueli kimi diqqət çəkir. De Byazinin başçılıq etdiyi milli vaxtilə ölkəmizdə “Neftçi”ni çalışdıran həmyerlisi Roberto Bordinin komandası ilə üz-üzə gələcək.

Son 4 görüşdə meydanı qolsuz tərk etməyən milli uğurlu seriyanın davamına köklənib. Millimiz həm də ardıcıl ikinci qələbə qazanmaq niyyətindədir.

Qeyd edək ki, millimiz hazırlıq çərçivəsində Türkiyəyə 1:2 hesabı ilə uduzub, Belarusa eyni hesabla qalib gəlib.

Yoldaşlıq oyunu
6 iyun
20:00. Moldova – Azərbaycan

Kişinyov. “Zimbru” stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR