Azərbaycan millisinin futzalçısı Qazaxıstan klubuna keçib

Azərbaycan millisinin futzalçısı Qazaxıstan klubuna keçib
# 08 dekabr 2021 10:24 (UTC +04:00)

Futzal üzrə Azərbaycan millisinin və “Araz-Naxçıvan” klubunun hücumçusu Hadi Ahmadi karyerasını Qazaxıstanda davam etdirəcək.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, 27 yaşlı futzalçı “Bayterek”lə anlaşıb. Forvard Uralsk təmsilçisi ilə may ayına qədər müqavilə imzalayıb.

Qeyd edək ki, “Bayterek” hazırda Qazaxıstan çempionatında 6-cı pillədə qərarlaşır. Komanda dekabrın 11-də və 12-də “Kayrat”la qarşılaşacaq. Hadinin bu oyunlarda iştirak edəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR