Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşib

Dünya çempionatının kuboku

© APA | Dünya çempionatının kuboku

# 08 may 2021 11:20 (UTC +04:00)

Qadın futbolçulardan ibarət komandalar arasında keçiriləcək dünya çempionatının seçmə mərhələsinin təqvimi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, final mərhələsi 2023-cü ildə Avstraliya və Yeni Zelandiyada təşkil ediləcək mundiala vəsiqə uğrunda mübarizə aparacaq Azərbaycan millisinin də oyunlarının tarixi bəlli olub.

Sentyabrın 17-dən yarışa start götürəcək komandamız seçmə mərhələdə 10 oyun keçirəcək.

2021-ci il
17 sentyabr

Rusiya - Azərbaycan
21 sentyabr
Azərbaycan - Danimarka
21 oktyabr
Monteneqro - Azərbaycan
26 oktyabr
Azərbaycan - Malta
25 noyabr
Azərbaycan - Rusiya
30 noyabr
Azərbaycan - Monteneqro

2022-ci il
7 aprel

Bosnia və Herseqovina - Azərbaycan
12 aprel
Danimarka - Azərbaycan
2 sentyabr
Malta - Azərbaycan
6 sentyabr
Azərbaycan - Bosnia və Herseqovina

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR