Azərbaycan - Portuqaliya oyununda meydana azarkeşlər girib

Azərbaycan - Portuqaliya oyununda meydana azarkeşlər girib
# 07 sentyabr 2021 21:45 (UTC +04:00)

DÇ-2022-nin seçmə mərhələsində keçirilən Azərbaycan - Portuqaliya oyununda xoşagəlməz olay yaşanıb.

Apasport.az saytının məlumatına görə, matçın 88-ci dəqiqəsində azarkeşlər meydana daxil olub.

4 fanat meydana tərəf qaçaraq, rəqib futbolçu Bruno Fernandeşlə şəkil çəkdirib və heç nə olmamış kimi, meydançanı tərk ediblər. Maraqlıdır ki, onlara heç kim mane olmayıb.

Qeyd edək ki, hazırda son dəqiqələri gedən görüşdə millimiz 0:3 hesabı ilə məğlub olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR