Azərbaycan – Qətər oyununun hakimləri açıqlanıb

Azərbaycan – Qətər oyununun hakimləri açıqlanıb
# 11 noyabr 2021 14:44 (UTC +04:00)

Azərbaycan – Qətər oyununun hakimləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, noyabrın 14-də baş tutacaq matçı Litvadan olan ədalət təmsilçiləri idarə edəcək.

Qarşılaşmanın baş hakimi Donatas Rumşas olacaq. Ona həmyerliləri Aleksandr Radius və Dovidas Sujiedėlis yardım edəcək.

Dördüncü hakim funksiyasını azərbaycanlı referi Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyun saat 21:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR