Azərbaycan yığması Lüksemburqa qalib gəlib

Azərbaycan yığması Lüksemburqa qalib gəlib
# 16 noyabr 2021 22:53 (UTC +04:00)

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2022-nin seçmə mərhələsində çıxışını başa vurub.

Apasport.az saytının məlumatına görə, oyunları Lüksemburqda keçirilən VIII qrupda çıxış edən Elxan Abdullayevin yetirmələri son turda meydan sahibləri ilə görüşüb.

Elit-raund şansı qalmayan rəqiblərin ikisi üçün də qarşılaşma formal xarakter daşıyıb. İlk iki görüşdə xala həsrət qalan millimiz Lüksemburqla matçda qələbə sevinci yaşayıb.

Elit-raunda ilk pillə sahibləri və yalnız ən yaxşı qrup üçüncüsü çıxdığından yığmamız turnirlə vidalaşıb. Növbəti mərhələyə yüksələn Belçika və İspaniya arasında son turun birinci yer uğrunda matçında heç-heçə qeydə alınıb – 2:2

Qeyd edək ki, millimiz bunadək Belçikaya 1:5, İspaniyaya 0:6 hesabı ilə uduzub.

19 yaşadək futbolçular arasında AVRO-2022-nin seçmə mərhələsi
B qrupu, III tur
16 noyabr
21:00. Lüksemburq – Azərbaycan – 0:2
Qollar:
Mirmövsüm Canıyev, 23, Mehrac Baxşalı, 77

1

Belçika

3

2

1

0

12-4

7

2

İspaniya

3

2

1

0

10-3

7

3

Azərbaycan

3

1

0

2

3-11

3

4

Lüksemburq

3

0

0

3

2-9

0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR