“Barselona” bir mövsümdə 555 milyon avro ziyana düşüb

“Barselona” bir mövsümdə 555 milyon avro ziyana düşüb
# 06 dekabr 2021 15:22 (UTC +04:00)

“Barselona”nın 2020/21 mövsümün üçün maliyyə hesabatı yayımlanıb.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu ötən mövsüm ciddi şəkildə ziyana uğrayıb.

Hesabatda La Liqa təmsilçisinin 631 milyon avroluq gəliri fonunda 1 milyard 136 milyon avro məbləğində xərcə düşdüyü vurğulanıb. Bu isə o deməkdir ki, “Barsa” mövsüm ərzində 555 milyon avro ziyana düşüb.

2018/19 mövsümündə gəliri 990 milyon avro olan klubun qazancında 300 milyondan çox azalmanın yaşanması rəhbərliyi radikal qərarlara vadar edir. Bu üzdən kataloniyalılar daha bir neçə aparıcı oyunçusunu satmağı nəzərdən keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR