“Barselona” keçmiş prezidentini məhkəməyə verir

“Barselona” keçmiş prezidentini məhkəməyə verir
# 18 oktyabr 2021 16:27 (UTC +04:00)

“Barselona” keçmiş prezidenti Xosep Bartomeunu məhkəməyə vermək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, bunu klubun hazırkı rəhbəri Joan Laporta deyib.

O, idarə heyətinin iclası zamanı Bartomeunu məhkəməyə vermək üçün iş getdiyini söyləyib: “Məhkəməyə vermək üçün çox səbəbim var. Cinayət əlamətlərinin olduğunu başa düşsək, tərəddüd etmədən müvafiq tədbir görərik. Buna baxmayaraq, bunu ancaq məhkəmədə qalib gələcəyimizə tam zəmanətimiz olanda edəcəyik”.

Qeyd edək ki, Joan Laporta bir neçə gün əvvəl “Bartomeu ümidsiz bir adamdır” deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR