“Barselona” müvəqqəti baş məşqçisini açıqlayıb

Serxi Barxuan

© APA | Serxi Barxuan

# 28 oktyabr 2021 16:12 (UTC +04:00)

“Barselona”nın yeni baş məşqçisi açıqlanıb.

Apasport.az xəbər verir ki, klub rəsmi saytı vasitəsilə əsas komandanı müvəqqəti çalışdıracaq mütəxəssisin kimliyini yayıb.

Bildirilib ki, yeni çalışdırıcı təyin olunana qədər kataloniyalılara “Barselona B”nin baş məşqçisi Serxi Barxuan rəhbərlik edəcək. Klub prezidenti Joan Laporta bu gün məşqdən əvvəl onu məşqçilər korpusuna və futbolçu heyətində təqdim edəcək.

Qeyd edək ki, Ronald Kumanı istefaya göndərən “Barselona”nın yaxın müddətdə Xavi Ernandesi baş məşqçi postuna gətirməsi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR