“Barselona” tarixində 3-cü dəfə avrokuboklara 2 məğlubiyyətlə başlayıb

“Barselona” tarixində 3-cü dəfə avrokuboklara 2 məğlubiyyətlə başlayıb
# 30 sentyabr 2021 10:54 (UTC +04:00)


“Barselona” Çempionlar Liqasının ilk iki turunda böyük hesabla uduzub.

Apasport.az saytının məlumatına görə, İspaniya nəhəngi “Bavariya”nın ardınca “Benfika”ya da 0:3 hesabı ilə məğlub olub.

Bu, klub tarixində 3-cü belə hadisədir ki, startdakı ilk iki qarşılaşmada məğlubiyyət alınır. “Barselona” 1966/67 və 1972/73 mövsümlərinə də ardıcıl iki yenilgi ilə başlayıb. Hər iki uğursuzluq UEFA kubokuna təsadüf edib.

Kataloniya təmsilçisi Çempionlar Liqasında 5 matçdır qalib gəlmir. Bu oyunlarda 1 heç-heçə və 4 məğlubiyyət qeydə alınıb. 2 qol vuran komanda 14 top buraxıb.

Çempionlar Liqası tarixində 140 dəfə hər hansı komanda qrupdakı ilk iki matçda uduzub. Onlardan yalnız 12-si sonradan mərhələ adlaya bilib.

“Barselona” yalnız 2007/08 mövsümünə baxanda nikbinlik yaşaya bilər. 14 il öncə “Lion” ilk iki matçda barselonalılar kimi böyük hesabla uduzub. “Barselona” və “Reyncers”ə eyni – 0:3 hesabı ilə məğlub olan Fransa klubu qrup səddini adlaya bilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR