“Barselona”nın hücumçusu AVRO-2020-ni başa vurub

“Barselona”nın hücumçusu AVRO-2020-ni başa vurub
# 21 iyun 2021 13:43 (UTC +04:00)

Fransa millisinin və İspaniyanın “Barselona” klubunun futbolçusu Usman Dembele üçün AVRO-2020 başa çatıb.

Apasport.az saytının məlumatına görə, hücumçu artıq yığmanın düşərgəsini də tərk edib.

Buna onun durumuna aydınlıq gəlməsi səbəb olub. Dizindəki problem üzündən üç həftə oynaya bilməyəcəyi dəqiqləşən Dembele bu üzdən qitə çempionatında iştirak edə bilməyəcək.

Qeyd edək ki, Fransa millisi qrup mərhələsində iki oyun keçirib. “Üçrənglilər” Almaniyaya 1:0 hesabı ilə qalib gəlib və Macarıstanla heç-heçə edib – 1:1.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR