“Barselona”nın sabiq prezidenti velosipeddən yıxılaraq ayağı qırılıb

“Barselona”nın sabiq prezidenti velosipeddən yıxılaraq ayağı qırılıb
# 04 iyun 2021 14:37 (UTC +04:00)

“Barselona”nın sabiq prezidenti Xosep Bartomeu xoşagəlməz halla üzləşib.

Apasport.az saytının məlumatına görə, 58 yaşlı futbol funksionerinin ayağı qırılıb.

Bartomeu velosiped sürərkən yıxılıb və körpücük sümüyü qırılıb. O, dağ velosipedi ilə məşğul olarkən bu hadisəni yaşayıb.

Qeyd edək ki, Xosep Bartomeu 2014-cü ilin yanvarından 2020-ci ilin oktyabrına qədər “Barselona”ya rəhbərlik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR